Kaxaber Tsxadadze: "Nəticə bizi aldatmalı deyil, yolumuz uzundu..."

"Hücumda da çox yaxşı imkanlarımız oldu. Lakin səhvlərimizi də inkar etmək olmaz. Futbolçular çox yaxşı çalışdı. Müdafiədə etibarlı oynadıq. Ən vacibi isə qol buraxmadıq”.

Presssport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze klubunun mətbua xidmətin açıqlamasında deyib. Gürcüstanlı mütəxəssis I Liqada ilk dövrənib son turunda evdə “Cəbrayıl”a 2:0 hesabıyla qalib gəldikləri matç haqda danışaraq işləməli olduqları bəzi məqamların olduğunu vurğulayıb: "Matç başa çatdıqdan sonra futbolçularıma təşəkkür etdim. Gördükləri işi çox yüksək qiymətləndirirəm. Lakin dayanmadan çalışmaq lazımdı. Çünki məqsədimiz daim irəli getməkdi. Yolumuz uzundu”.

Baş məşqçi komandasının lider kimi başa vurduğu I dövrə barədə də fikirlərini bildirib: “Birinci dövrəni məğlubiyyətsiz başa vurduq. Həmçinin qol da buraxmadıq. Həmişə çalışmışıq ki, müdafiədə etibarlı oynayaq. Lakin bu, hələ birinci dövrədi. Nəticə bizi aldatmalı deyil. Qarşıda hələ 2 dövrə olacaq. Məqsədə çatmaq üçün daha çox çalışmalıyıq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC