"Napoli"nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya klubla vidalaşıb.
Presssport.az xəbər verir ki, 23 yaşlı vinger sosial şəbəkə hesabında "Təşəkkürlər "Napoli" sözlərini yazıb.
Xviça bu gün yeni klubu PSJ ilə müqavilə bağlayacaq.
O, Fransa nəhəngində artıq nömrə seçimini də edib. Belə ki, Kvaratsxeliya "Real"da çıxış edən Kilian Mbappenin geyindiyi “7 nömrə”li forma ilə oynayacaq.
Bu transferin parislilərə 70 milyon avroya başa gələcəyi bildirilir.
Xatırladaq ki, Kvaratsxeliya "Napoli"də “77 nömrə”li forma ilə top qovub. 2022-ci ildən “Napoli”də çıxış edən futbolçu 1 dəfə İtaliya çempionu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC