Azərbaycan qılıncoynadanları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.
Presssport.az xəbər verir ki, Murad Əkbərov, Maqsud Hüseynli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət milli 23 yaşadək sablyaçıların komanda yarışında 2-ci yer tutub.
İlk görüşündə İspaniya yığmasını 45:42 hesabı ilə məğlub edən sablyaçılar ardınca Böyük Britaniya kollektivinə 45:37 hesabı ilə qalib gəlib.
Komanda finalda Bolqarıstan yığmasına 35:45 hesabı ilə uduzaraq "EFC FFE Circuit" turnirinin gümüş medalını qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC