AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Presssport.az xəbər verir ki, qurum aşağıdakı qərarları qəbul edib:
1. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin (OSTK) 18 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh “Difai” Futbol Klubu MMC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. OSTK-nın 18 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı Prikrostov Aleksandr Aleksandroviç tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
3. OSTK-nın 18 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin, Tribunal tərəfindən yeni qərar qəbul edilsin.
4. İddiaçı tərəfindən çəkilmiş xərclərin ödənilməsinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsi qismən təmin edilsin.
5. İddiaçının sağlamlığının bərpa edilməsi məqsədilə çəkilən xərclərin əvəzi olaraq müəyyən edilmiş 7256,13 AZN (yeddi min iki yüz əlli altı manat, on üç qəpik) məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilsin.
6. İddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
8. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC