Dünya klub reytinqində Misli Premyer Liqasının 4 təmsilçisi yer alıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının son 1 il üçün reytinq cədvəlini açıqlayıb.

Presssport.az xəbər verir ki, 700 klubun yer aldığı siyahıda Misli Premyer Liqasının 4 komandası yer alıb: “Qarabağ”, “Zirə”, “Sabah” və “Turan-Tovuz”.

Yenilənmiş reytinqə əsasən, “Qarabağ” 168,75 xalla 67-ci yerdən 81-ci yerə enib. Ağdam təmsilçisini “Gent” və “Kolo-Kolo” (hər biri 169) cədvəldə qabaqlayıb. Azərbaycan çempionunu isə daha aşğı pillədə “Bodo-Qlimt” (167) izləyir. 

“Zirə” isə 219-cu pillədən 208-ci pilləyə yüksəlib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Universitario”(99,5) ilə eyni xaldadır. “Sabah” öz mövqeyini yaxşılaşdıraraq, 400-cü yerdə (62,25) 4 klubla eyni mövqeni bölüşməklə yanaşı, “Pumas”(Meksika) və “Raja Kasablanka”(Mərakeş) (hər ikisi 62,5) aşağı olmaqla, Fransanın “Reyms”, Belçikanın “Vesterlo” kimi bir sıra komandalarını qabaqlayıb. 

“Turan-Tovuz” da bir sıra klublarla (hər biri 53,75) bölüşdüyü 496-cı yerdən 494-cü yerə yüksələrək irəliləyib. Kurban Berdiyevin komandası San-Marinonun “Virtus”, Niderlandın “Heerenveen” klublarından geridədi. Ancaq tovuzlular Hondurasın “Marafon” klubunu (54) qabaqlayıb.

Onu da bildirək ki, ötən ilin ən yaxşı klubu Madrid “Real”ıdı (441 xal).

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC