Zirədə 2 yubiley

Misli Premyer Liqasında XIX turun “Zirə” – “Araz-Naxçıvan” matçı 2 futbolçu üçün yubileylə əlamətdar olub.

Presssport.az,xəbər verir ki, meydan sahiblərinin kapitanı Qismət Alıyev 200-cü, qonaqların müdafiəçisi Bəxtiyar Həsənalızadə 250-ci oyununa çıxıb.

Premyer Liqada 2014/15 mövsümündə debüt edən Qismət ümumilikdə 11 qola imza atıb. İki klubda oynayan 28 yaşlı müdafiəçi “Qəbələ”də 70 matçda 1, “Zirə”də 130 görüşdə 10 dəfə fərqlənib.

Bəxtiyarın hesabında 7 qol var. 32 yaşlı müdafiəçi 2011/12 mövsümündə “Sumqayıt” forması ilə Premyer Liqada debüt edib. O, ilk komandasında 158 (4 qol), “Zirə”də 23, “Sabah”da 52 (2 qol), “Araz-Naxçıvan”da 17 (1 qol) oyun keçirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC