I Liqada çıxış edən "Cəbrayıl"ın baş məşqçisi Elhad Nəziri postundan ayrılıb.
Presssport.az xəbər verir ki, 33 yaşlı mütəxəssis bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib.
O, komandadan öz istəyi ilə getdiyini açıqlayıb.
"Cəbrayıl" 10 komandanın mübarizə apardığı I Liqada 11 turdan sonra 14 xalla 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Nəziri uzun müddət köməkçisi olduğu Cavid Hüseynovun gedişindən sonra keçən yay “Cəbrayıl”ın "sükanı arxası"na keçmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC