Fiqurlu konkisürənimiz Avropa Gənclər Qış Olimpiya Festivalında çıxış edib - Azər Əliyev yarışı izləyib

Azərbaycan fiqurlu konkisürəni Leyli Axundova Gürcüstanın Batumi şəhərində keçirilən Bakuriani-2025 Avropa Gənclər Qış Olimpiya Festivalında çıxışını başa vurub.

Presssport.az xəbər verir ki, ötən gün qısa proqramda 33.84 xalla 28-ci olan qadın idmançımız sərbəst proqramda mübarizə aparıb.

Onun çıxışı hakimlər tərəfindən 64.50 xalla qiymətləndirilib. O, bu nəticə ilə 26-cı yeri tutub.

Beləliklə, Axundova festivalı 31 iştirakçı arasında 28-ci pillədə başa vurub.

Yarışı Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Azərbaycanın Batumi şəhərindəki baş konsulu Fuad Əzizov və Azərbaycanın Bakuriani-2025-dəki nümayəndə heyətinin rəhbəri, MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov da izləyib.

Onu da bildirək ki, 48 ölkədən 1000-ə yaxın idmançının iştirak etdiyi, fevralın 16-da yekun vurulacaq festivalda atletlər 8 idman növündə (dağ xizəyi, biatlon, xizək yarışı, hokkey, snoubord, fiqurlu konkisürmə, fristayl və qısa yolda sürətli konkisürmə) mübarizə aparır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC