Bu gün Misli Premyer Liqasında 23-cü tur start götürüb.
Presssport.az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk oyun günündə bir matç baş tutub.
Qələbə və qol "oruc"una tutulan "Sumqayıt" "Zirə" ilə ev oyununda hər iki uğursuz seriyanı davam etdirib. Rəşad Sadıqovun komandası səfərdə 3 xalı 3 qolla qazanıb.
Maraqlıdı ki, ki, bu mövsüm baş tutan ilk Cavadov-Sadıqov duelində də ikinci böyük hesabla (4:1) qalib gəlmişdi.
Turun digər matçları fevralın 16-17-da baş tutacaq.
15 fevral
19:00. “Sumqayıt” – “Zirə” - 0:3
Qollar: R.Utziq, 14. S.Suma, 36; 65.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Tural Qurbanov, Namiq Hüseynov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 11. Momo Yansane, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Giorgi Karaişvili, 23. Ronaldo Vaskez
Baş məşqçi: Vaqif Cavadov
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC