Azərbaycanın stolüstü tennisçiləri Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” turnirini 3 medalla başa vurub.
Federasiyadan Presssport.az-a verilən məlumata görə, yarışın son günündə U-15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə komandanın aktivinə növbəti medalı yazdırıb.
Yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramanla qarşılaşan idmançı 2:3 hesabı ilə məğlub oıaraq bürünc mukafatla kifayətlənib.
Xatırladaq ki, Quluzadə U-17 kateqoriyasında da fəxri kürsünün 3-cü pilləsinə qalxmışdı. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə və Yağmur Məmmədli cütlüyü U-15 kateqoriyasında baş mükafata layiq görülmüşdü
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC