"Şəmkir"lilər klubun mərhum prezidentinin məzarını ziyarət edib

"Şəmkir" futbol klubunun rəhbərliyi və futbolçuları klubun əbədiyaşar və ölməz prezidenti, "Şəmkir"i dəfələrlə çempionluğa daşıyan Şahbaz Süleymanovun məzarını ziyarət edib. 

Presssport.az Qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun prezidenti Vüsal Məmmədov və İdarə Heyətinin sədri Elçin QurbanlıSüleymanovun Şəmkir futboluna və futbolçularına olan qayğısından və klubun irəliləyişi üçün verdiyi töhfələrdən söhbət açaraq, əvəzsiz xidmətlərini xatırlayıb.

Ziyarət zamanı mərhumun ruhuna dualar oxunub, onun Şəmkir futbolu üçün göstərdiyi fədakarlığa olan hörmət bir daha nümayiş etdirilib.

Bu gün Şahbaz Süleymanovun adı Şəmkir  futbolunun ən böyük irslərindən biri kimi yaddaşlarda yaşayır və göstərdiyi yol futbolsevər üçün nümunə olaraq qalır. Onun əziz xatirəsi və rəhbərliyi altında qazanılmış uğurlar həmişə yaddaşlarda qalacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC