Belarus millisinin hücumçusu Vitali Lisakoviç Azərbaycan yığmasıyla Bakıdakı yoldaşlıq görüşünü (2:0) şərh edib.
Presssport.az xəbər verir ki, 27 yaşlı futbolçu öz ölkəsinin mətbuatına açıqlamasına qələbəni belə dəyərləndirib: "Ölkəmi qələbə münasibətilə təbrik etmək istəyirəm! Belə stadion, belə meydan olanda birləşmək, əlaqələr qurmaq imkanı yaranır. Bundan hədsiz həzz alıram! Bu il millidə 2-ci oyunumu keçirdim. Düşünürəm ki, bizim üçün hər şey yaxşı olacaq. Hamı xoşbəxtdi, hamı razıdır. İki oyunda 2 qələbə qazandıq. Daha çox qol vura bilərdik, amma əsas odur ki, qalib gəldik və bunun özü də yaxşıdı. İki oyunu da bəyəndim, zövq aldım".
Xatırladaq ki, Lisakoviç Masazırdakı qarşılaşmada 90 dəqiqə çıxış edib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC