Bu gün "Neftçi" Polşadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
Presssport.az xəbər verir ki, paytaxt təmsilçisi “Hapoel”lə (İsrail, Təl-Əviv) qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
"Ağ-qaralar"ın heyətində qolu ilk dəqiqədə Emin Mahmudov vurub. Rəqib fasiləyədək penaltidən hesabı bərabərləşdirib. Amma bunadək Polşada hər 3 yoxlama matçında qələbə qazanan "Hapoel" son oyununda buna nail ola bilməyib.
Xatırladaq ki, “Neftçi” iyulun 22-də Polşa “Termalika”sı, 27-də Yunanıstan “Asteras”ı və 1 avqustda Kipr AEL-i ilə qarşılaşacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC