Konfrans Liqası: "Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib

Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) qarşılaşacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.

Presssport.az xəbər verir ki, siyahıya 2-si qapıçı olmaqla, ümumilikdə 21 futbolçunun adı daxil edilib. 

Qapıçılar: 12. Kristian Avram, 94. Tərlan Əhmədli

Müdafiəçilər: 34. Ürfan Abbasov, 77. Bruno Franko, 5. Slavik Alxasov, 26. Ömər Buludov, 3. Bəxtiyar Həsənalızadə, 22. Elçin Mustafayev, 17. İssuf Paro, 4. İqor Ribeyro

Yarımmüdafiəçilər: 70. Boli Çarles, 29. Vanderson Melo, 19. Bar Koen, 6. Patrik Andrade, 2. Qara Qarayev, 14. Ülvü İsgəndərov, 7. Hamidu Keyta, 23. Nunu Rodriges, 10. Felipe Santos

Hücumçular: 16. Ramon Maçado, 11. Ba-Muaka Simakala

Xatırladaq ki, “Araz-Naxçıvan” – “Aris” oyunu iyulun 24-də, saat 20:00-da Mərdəkanda keçiriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC