Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk turunun oyun cədvəli müəyyənləşib.
Presssport.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən məlumatına görə, 4 gün ərzində keçiriləcək I turun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himini ilə başlanacaq.
Habelə, bütün matçlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
I dövrə, I tur
15 avqust (cümə)
17:00. “Karvan-Yevlax” – “Qəbələ”
Şamaxı şəhər stadionu
16 avqust (şənbə)
17:00. “İmişli” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu
20:00. “Neftçi” – “Şamaxı”
“Neftçi Arena”
17 avqust (bazar)
18:30. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”
20:30. “Sumqayıt” – “Kəpəz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18 avqust (bazar ertəsi)
20:00. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu
Onu da bildirık ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün “İmişli” AFFA və PFL-in müdaxiləsindən sonra cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC