“Nant”ın baş məşqçisi Luis Kastro ağır zədə alıb.
Presssport.az xəbər verir ki, 45 yaşlı portuqal mütəxəssisin rəhbərlik etdiyi “bülbüllər”in məşqçi qərargahının üzvləri ilə keçirilmiş sərbəst oyun zamanı diz vətərlərnin dartılması ilə üzləşib.
Hadisə beynəlxalq fasilə müddətində yaşanıb.
İlkin tibbi müayinə zədəninin şiddət dərəcəsini müəyyənləşdirərək, daha qorxulu ehtimalı irəli sürüb – baş məşqçi dizin çarpaz bağ zədəsi ilə üzləşə bilər. Hazırda Kastonun həkim nəzarəti altında olduğu bildirilir.
Əlavə edək ki, dizin çarpaz bağ zədəsi idman dünyasında ən qorxunc zədə hesab edilir. Zədədən bərpa müddəti yarım ildən başlayaraq, daha uzun müddət çəkə bilər. Futbol dünyasında müvafiq zədənin daha qorxunc hallara yol açdığı hadisələr yaşanıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC