“Liverpul”dan gedişini belə əsaslandırdı: "Qərara aldım ki, başqa çempionata keçid mənim üçün ən yaxşı seçim olacaq"

Bu yay - iyulda 35 milyona avro məbləğ müqabilndə “Liverpul”dan tamhüquqlu əsasda “Bayer”ə keçmiş mərkəz müdafiəçisi Carell Kuansa “əczaçılar”a qoşulmasını əsaslandırıb.
Presssport.az 22 yaşlı ingiltərəli futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Liverpul”da yanımda olmuş ən yaxşı oyunçulardan görüb-götürmüşəm. Bu, karyeramda mənə çox kömək oldu. Bu mərhələdə, demək olar ki, 23 yaşında ikən, mənə, istədiyim səviyyəyə çatmaq üçün yüzlərlə oyun gərəkdi. Məhz buna görə də getmək qərarı qəbul edildi. Qərara aldım ki, başqa çempionata keçid mənim üçün ən yaxşı seçim olacaq”, deyə Kuansa vurğulayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC