“Napoli” düşərgəsində itkilər baş verib.
Presssport.az xəbər verir ki, Neapol klubunun 30 yaşlı slovak dayaq yarımmüdafiəçisi Stanislav Lobotka və 32 yaşlı italyan sağ cinah hücumçusu Matteo Politano zədələnib.
Hər 2 futbolçu “Cenoa” ilə oyundan (2:1) sonra əzələrində narahatlıqdan şikayətçi olub. Lobotkada ombanın ötürücü əzələsinin, Politanoda isə sağrı əzələsinin gərilməsi aşkarlanıb.
Futbolçuların bərpa müddəti haqda məlumat açıqlanmayıb.
Xatırladaq ki, "Napoli" “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC