Kabo-Verde Respublikasının milli komandası tarixində ilk dəfə olaraq futbol üzrə dünya çempionatına – 2026-cı ilin mundialına (DÇ-2026) vəsiqə qazanıb.
Presssport.az xəbər verir ki, “göy köpəkbalıqları” seçmə mərhələnin D qrupunda Afrika futbolunun nəgənglərindən olan Kamerun yığmasını qabaqlayıb.
Kabo-Verde dünya çempionatında iştirak edəcək 3-cü debütantdr. Buna qədər Özbəkistan və İordaniya yığmaları ölkələrinə sevinc gətirib.
Əlavə edək ki, Atlantik okeanında yerləşən ada dövləti Kabo-Verdenin sahəsi 4033 kv. km., əhalisinin sayı isə təxminən 593 min nəfərdən azacıq çoxdu.
Onu da bildirək ki, "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde Respublikasının millisinin üzvüdü.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC