Musiala zədədən qayıdış tarixi ilə bağlı: “Tələsmirəm, dəqiq vaxta əxmin vermək istəmirəm”

“Bavariya”nın və Almaniya millisinin gənc hücumameylli yarımmüdafiəçisi Camal Musiala ağır zədələrdən – fibula sümüyünün sınığından və topuğunun çıxması ilə toxumaların zədlənməsindən müalicə-bərpa mərhələsi keçir.
Presssport.az xəbər verir ki, 22 yaşlı futbolçu meydana qayıdışı ilə bağlı söhbət açıb:
“Tələsmirəm, hər hansı tarixə təxmin vermək istəmirəm. Amma nail olduğum tərəqqini nəzərə alaraq, deyərdim ki, “Bavariya"nın 2025-ci ildəki rəsmi oyunlarında oynamaq istəyirəm. Müvafiq məqsədim, indi daha da əlçatan görünür”, deyə Musiala vurğulayıb.
Xatırladaq ki, Camal cari ilin iyulunda - 2025-ci ilin klublarası dünya çempionatının çərək finalı mərhələsində PSJ-yə qarşı oyunda (0:2), rəqibin italyan qapıçısı Canluci Donnarumma ilə təhlükəli toqquşma nəticəsində müvafiq ağır zədələri alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC