“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki uğurlu çıxışını qeyd edərək, Azərbaycan çempionuna dəstək sözlərini açıqlayıb
Presssport.az xəbər verir ki, tanınmış şərhçi Ertem Şenerin qonağı olan Türkiyə klubunun çalışdırıcısı "Qarabağ"a qarşı keçirilmiş yoldaşlıq görüşünü də xatırlayıb:
"Əvvəlcə Azərbaycana olan sevgimi bildirmək və onları “Zəfər günü” münasibətilə təbrik etmək istəyirəm. Meydandakı qələbələr vacibdi, amma meydandan kənarda daha da vacibdir. Qəlblərimiz həmişə azərbaycanlı qardaşlarımızla eyni hissləri bölüşür. Bu, həm Qurban Qurbanova, həm də "Qarabağ"a aiddi. Hazırda Çempionlar Liqasında birlikdə oynayırıq, eyni hissləri bölüşürük. Onlar oyunlarımızı izləyir, biz də onların oyunlarını izləyirik. "Qarabağ"ın əla komandası var. Qurban Qurbanovu təbrik etmək istəyirəm. O, həqiqətən də illərdir orada əla iş görür. Üç il əvvəl Bakıda yoldaşlıq oyunu keçirdik. Sonra isə onunla və "Qarabağ"la tanış olmaq imkanım oldu. Ona görə də deyə bilərəm ki, komandanın hazırkı uğuru təsadüf deyil".
Onu da bildirək ki, “Qarabağ” - “Çelsi” matçını şərh etmək üçün Bakıda olan Şener çempionumuzun formasını Buruka hədiyyə edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC