"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsində “Çelsi” ilə Tofiq Bəhramov adına Respublika stadionunda qələbəyə bərabər heç-heçəsindən (2:2) sonra yazıçı Kəramət Böyükçöl maraqlı təşəbbüs edib.
Presssport.az xəbər verir ki, o, 100 tələbəyə kitab hədiyyə edəcəyini söz verib. Bu barədə yazıçı sosial şəbəkə hesabında paylaşım edib.
"Söz vermişdim ki, Qarabağ FK-nun Çelsi üzərində qələbəyə bərabər heç-heçəsi münasibətilə 100 tələbəyə kitab hədiyyə edəcəyəm. Amma 136 nəfərə hədiyyə etdim. Təki oxuyun. İnanıram ki, oxuyacaq və bir nəticə çıxaracaqsınız. Uğurlar, Qarabağ FK!", - deyə o, paylaşımda qeyd edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC