Azərbaycan Kuboku tarixində ilk dəfə “Neftçi” 1/4 finalda iştirak etməyəcək.
Presssport.az PFL-ə istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən “ağ-qaralar”ın əbədi seriyası sona çatıb.
Bu, Bizon Azərbaycan Kubokunun 1/8 finalında baş verib. Bakı klubu “Zirə” ilə matçın əlavə vaxtında uduzub – 0:1.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək “Neftçi” kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.
Onu da bildirək ki, “8-lik”də iştirak sayında 2-ci olan “Qarabağ” 26, 3-cü olan “Şamaxı” 19 dəfə bu mərhələdə iştirak edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC