Vensan Abubakar: “Azərbaycan çempionatı kənardan asan görünsə də, belə deyil"

“Artıq bu komandaya uyğunlaşmışam, adaptasiya mərhələsini geridə qoymuşam”.

Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin hücumçusu Vensan Abubakar Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şenerə müsahibəsində deyib.

Kamerunlu ulduz futbolçu komandasına kömək üçün əlindən gələni edəcəyini bildirib: “Əvvəlki komandalarımda necə mübarizə aparmışamsa, burda da var gücümlə çalışacam”.

33 yaşlı futbolçu Premyer Liqamız və Azərbaycan haqqında da fikirlərini bölüşüb: “Çempionat kənardan asan görünsə də, belə deyil. Çətin liqadı. Azərbaycana gəlincə, çox gözəl ölkədi. Türkiyədən fərqli tərəfləri var. Bu ölkə haqqında yalnız xoş sözlər deyə bilərəm. Məsələn, insanlar futbolçulara hörmətlə yanaşır. “Neftçi” təşkilatlanmış komandadı, burda hər şey yüksək səviyyədədi".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC