PFL noyabrın ən yaxşı qollarının müəlliflərini açıqlayıb

Azərbaycan çempionatlarında (Premyer Liqası, 1-ci liqa, 2-ci liqa) noyabr ayının ən yaxşı qollarının müəllifləri müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti açıqlama yayıb.

Premyer Liqasının ən yaxşı qolunu vuran "Zirə"nin oyunçusu Leroy Mikels olub. 11 münsifdən 10-u məhz 30 yaşlı vingerə səs verib. Mikels 10-cu turun "Karvan-Yevlax"la matçında fərqlənmişdi.

I Liqada Seymur Məmmədovun ("Mingəçevir"), II Liqada isə Ceyhun Rəcəblinin ("Şəmkir") qolları ən yaxşı adına layiq görülüb. Rəcəblinin qoluna 11 münfisin hamısı səs verib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC