DÇ-2026-nın püşkü atılıb

Bu gün, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının final mərhələsinin püşkü atılıb.

Presssport.az xəbər verir ki, püşkü çəkənlər arasında ABŞ Prezidenti Donald Tramp da olub.

İlk dəfə olaraq 48 komandanın iştirak edəcəyini turnirdə komandalar 12 qrupa bölünüb. Qruplarda ilk 2 yeri turan, həmçinin 12 qrupun ən yaxşı 8 3-cüsü 1/16 finala yüksələcək.

Püşkatmanın nəticələri aşağıdakı kimidi:

A qrupu

Meksika

Cənubi Afrika

Cənubi Koreya

Avropa pley-offu – D yolu (Danimarka/Şimali Makedoniya/Çexiya/İrlandiya)

B qrupu

Kanada

Qətər

İsveçrə

Avropa pley-offu – A yolu (İtaliya-Şimali İrlandiya/ Uels-Bosniya və Herseqovina)

C qrupu

Braziliya

Mərakeş

Haiti

Şotlandiya

D qrupu

ABŞ

Paraqvay

Avstraliya

Avropa pley-offu – C yolu (Türkiyə-Rumıniya/ Slovakiya-Kosovo)

E qrupu

Almaniya

Kurasao

Fil Dişi Sahili

Ekvador

F qrupu

Niderland

Yaponiya

Tunis

Avropa pley-offu – B yolu (Ukrayna-İsveç/ Polşa-Albaniya)

G qrupu

Belçika

Misir

İran

Yeni Zelandiya

H qrupu

İspaniya

Kabо-Verde

Səudiyyə Ərəbistanı

Uruqvay

I qrupu

Fransa

Seneqal

Norveç

Qitələrarası pley-off – yol 2 (Boliviya/Surinam/İraq)

J qrupu

Argentina

Əlcəzair

Avstriya

İordaniya

K qrupu

Portuqaliya

Özbəkistan

Kolumbiya

qitələrarası pley-off – yol 1 (Yeni Kaledoniya/Yamayka/Konqo)

L qrupu

İngiltərə

Xorvatiya

Qana

Panama

Xatırladaq ki, hazırda 42 komanda mundialda iştirakı təmin edib. Son 6 iştirakçı isə 2026-cı ilin martında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC