Millimiz FiFA turnirinin qalibi olUB

Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FiFA Tri Nations Women’s Football Series 2025” turnirində 2-ci oyuna çıxıb.

Presssport.az xəbər verir ki, millimiz paytaxt Dəkkədə yerləşən Milli Stadiondakı son matçında yerli komanda ilə qarşılaşıb. 

İlk görüşündə Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun komandası Banqladeş yığmasını da 2:1 hesabı ilə məğlub edib. Millimizin heyətində qolları 19-cu dəqiqədə Sevinc Cəfərzadə və 84-cü dəqiqədə Esra Manya vurub.

Bununla da Azərbaycan yığması 6 xalla “FiFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC