"Şamaxı" üçün əlamətdar oyun

"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib.

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XIV turunda baş verib.

Əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlarını da daşıyan klub "Karvan-Yevlax"ı üç cavabsız qolla üstələyib. Bu göstəricidə "Kəpəz"ə çatan "Şamaxı" yalnız "Qarabağ"la "Neftçi"dən geri qalır.

Səfərdə ilk böyükhesablı qələbəsini 2001/2002 mövsümündə "Xəzər Universiteti" kimi qazanan komanda "Dinamo-Bakılı"nı (sonrakı "Bakı") 3:0 hesabı ilə məğlub edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC