Bu gün “Tovuz Gənclər Evi” Sosial xidmətlər müəssisəsinin Ünsiyyət klubunun daun sindromlu və autizmli üzvləri stadionumuzda qonaq olub.
Presssport.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, uşaqlar və valideynlərlə keçirilən görüşdə “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstəyin klubumuz üçün vacib istiqamətlərdən biri olduğunu və bu cür aksiyaların davamlı şəkildə həyata keçiriləcəyini vurğulayıb.
“Nəfəs” İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində uşaqlara hədiyyələr təqdim olunub. Daun sindromlu və autizmli uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, onların özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədilə stadionumuza dəvət olunan qonaqlar Misli Premyer Liqasının XV turu çərçivəsində “Turan Tovuz” – “Sabah” oyununu izləyib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC