Ayxan Abbasov Ağsuda yeniyetmə futbolçularla görüşüb

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Ağsuda səfərdə olub. 

Presssport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Ağsu şəhər stadionunda fəaliyyət göstərən “Hilal Ağsu” uşaq futbol məktəbini ziyarət edib. 

Yeniyetmələrlə görüşən millimizin baş məşqçisi onlarla səmimi söhbətlər aparıb, gələcək karyeralarında uğurlar arzulayıb. Abbasov yeniyetmələri futbola olan sevgilərini qorumağa və daim çalışqan olmağa səsləyib. 

Görüşün sonunda uşaqlar millimizin baş məşqçisi ilə xatirə şəkilləri çəkdirib, ondan avtoqraf alıb. Abbasov yeniyetmələrə futbol topları və digər əşyalar hədiyyə edib.

Xatırladaq ki, “Hilal Ağsu” uşaq futbol məktəbinin rəhbəri Samir İsayevdi. Əslən Ağsudan olan adıçəkilən mütəxəsssis uzun müddıəti Rüegion Liqasında iştirak edib, Ağsu Soity"in uğurlarında baş məşqçi kimi pay sahibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC