Çempionlar Liqasında (ÇL) Liqa mərhələsinin 6-cı turuna yekun vurulub.
Presssport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda "Ayaks"a 2:4 hesabı ilə uduzaraq cari mərhələdə 3-cü məğlubiyyətini alıb.
Aktivində 2 qələbə və 1 heç-heçə olan Qurban Qurbanovun komandası hazırda sıralamada 7 xalla 22-cidi. "Qarabağ" Liqa mərhələsinin son iki görüşündə əvvəlcə "Ayntraxt" (Almaniya), sonra isə "Liverpul"la (İngiltərə) qarşılaşacaq. Bunlar 2026-cı ilin yanvarın son 10 günlüyündə olacaq.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar isə avrokuboklarda çıxışlarını başa vurur.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC