Dünya reytinqi: “Qarabağ”la “Araz-Naxçıvan” gerilədi, "Sabah"la "Zirə" irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) dekabr ayı üçün yenilənmiş dünya klub reytinqini açıqlayıb.

Presssport.az xəbər verir ki, siyahıda 502 komanda yer alıb. 

Onların sərasında Azərbaycanın 4 təmsilçisi də var - “Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”.

Ağdam klubu əvvəlki siyahı ilə müqayisədə 3 pillə geriləyərək 65-ci yerdən 68-ci sıraya düşüb. “Qarabağ”ın aktivində 187,5 xal var.

“Sabah” 276-cı yerdən 252-ci pilləyə yüksəlib (87,25 xal).

“Zirə” də reytinqdə irəliləyib. “Qartallar” 387-ci pillədən 360-cı yerə qalxıblar (70,5 xal).

“Araz-Naxçıvan” isə bu dəfə geriləyib. Naxçıvan təmsilçisi 390-cı sıradan 486-cı yerə düşüb (57,75 xal).

Reytinqə PSJ başçılıq edir (585 xal). İlk "3-lüy"ü “Real” (534) və “Çelsi” (483) qapayır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC