“İcazə yüksək səviyyədə təsdiqlənib, müddət bitdikdən sonra mütləq qayıtmalıyam” - Vernidub

“Neftçi”nin ukraynalı yeni baş məşqçisi Yuri Vernidub ölkəsini hansı qaydada tərk edə etdiyi barədə öz ölkəsinin mətbuatına danışıb.

Presssport.az xəbər verir ki,, 59 yaşlı məşqçi tribuna.com-a müsahibəsində rəsmi şəkildə ölkədən çıxış icazəsi aldığını deyib.

Onun sözlərinə görə, bu icazə başa çatacaq müqaviləsinin müddətinə qədər qüvvədədir: “Xaricə çıxmaq üçün müqaviləm bitənə qədər icazə aldım. Müddət bitdikdən sonra mütləq qayıtmalıyam və bunu edəcəyəm. Daha tez ehtiyac yaranarsa, o zaman da qayıda bilərəm. İcazə yüksək səviyyədə təsdiqlənib. Başqa kim belə sənəd verə bilər ki? Kim tərəfindən verildiyini isə dəqiq bilmirəm. Yalnız onu bilirəm ki, həmin sənəddə mənim və köməkçilərimin adları var”.

Tanınmış mütəxəssis əlavə edib ki, onun köməkçiləri də eyni qaydada rəsmi icazə ilə ölkədən çıxıblar: “İcazə olmasaydı, heç kim ölkədən çıxa bilməzdi”.

O, hazırda bütün diqqətini komandanın inkişafına yönəltdiyini deyib: “Hazırda tam şəkildə işə fokuslanmışıq: baxırıq, öyrənirik, analiz edirik. Gələcəyi isə həyat göstərəcək”.

Bu yerdə bildirək ki, Ukraynada hərbi vəziyyət olduğuna görə, yaşı 60-dək olan kişilər ölkə ərazisini yalnız xüsusi razılıqla tərk edə bilər.

Əlavə edək ki, "Neftçi" Vernidubla 1,5 illik müqavilə bağlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC