Boksçumuz dünya çempionu olub

Azərbaycan boksçusu Sübhan Məmmədov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Presssport.az xəbər verir ki, mundialın sonuncu günündə rinqə çıxan yeganə Azərbaycan təmsilçisi Sübhan Məmmədov final görüşünü keçirib. O, final qarşılaşmasında Rusiya təmsilçisi erməniəsilli Edmond Xudayanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Beləliklə, 19 yaşlı təmsilçimiz dünya çempionu adını qazanıb.

Xatırladaq ki, dünya çempionatında Azərbaycan ümumilikdə 11 boksçu ilə təmsil olunub. Onlardan 8-i yarışı medalsız başa vurub. Daha iki idmançı – Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) – bürünc medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC