“Qarabağ”ın futbolçusu Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub.
Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, buna 137-ci oyununda nail olub.
Bayramov Premyer Liqanın 15-ci turunda “Araz-Naxçıvan”ın (5:1) qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/20 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.
Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan 2-ci futbolçudu. “Araz-Naxçıvan”ın hücumçusu Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC