Abdullah Zubir Premyer Liqada 200-cü oyununu keçirib.
Presssport.az PFL-in rəsmi saytna istinadən xəbər verir ki, 24 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 15-ci turuna təsadüf edib.
O, “Araz-Naxçivan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub.
Premyer Liqada 2018/19 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız “Qarabağ” forması geyinib. Abdullah bu görüşlərdə 52 qola imza atıb.
O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub. Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC