Misli Premyer Liqasının 15-ci turunun “Qarabağ” - “Araz-Naxçıvan” oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.
Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.
Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunmuşdu. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.
1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk 2-si yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/02 və 2019/20 mövsümləri yarımçıq dayandırılıb.
Cari mövsümdə isə 86 oyun keçirilib və onlardan 1-i texniki nəticə kimi tarixə düşüb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC