Azərbaycan çempionatında 18 ildən sonra

Misli Premyer Liqasının 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib.

Presssport.az PFL-n rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz” mövsümün startında ardıcıl 15 görüşü sülhsüz başa vurub. Gəncə klubu 3 qələbə qazanıb və 12 dəfə uduzub.

Bu, turnirin tarixində 14-cü belə hadisədi. Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət alan “Gənclik” nəzərə alınmasa, bunadək 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.

Sonuncu belə seriya 18 il əvvəl - 2007/08 mövsümündə qeydə alınıb. “Gənclərbirliyi” sülhsevməzlik nümayiş etdirib.

Onu da bildirək ki, ilk belə seriyaya 1992-ci ildə “Neftçi” imza atıb - 14 qələbə, 1 məğlubiyyət.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC