"Sumqayıt"ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadə Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Presssport.az PFL-ə istinadən xəbər verir ki, onun yubileyi XV tura təsadüf edib.
25 yaşlı futbolçu "Neftçi" ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb. O, 100 matçda 10 qola imza atıb.
Debütü 2021/2022 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, "Zirə"də 80 (6 qol), "Sumqayıt"da 14 (4 qol), "Qarabağ"da 6 dəfə şans qazanıb.
Əhmədzadə turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC