Azərbaycan ilə Avstriya milli antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbər heyəti Avstriyada işgüzar səfərdə olub.

Presssport.az xəbər verir ki, nümayəndə heyətində AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə və İcraçı direktorun müavini Rüfət Efendiyev yer alıb.

Səfər çərçivəsində Avstriyanın Milli Antidopinq Agentliyi (NADA Austria) ilə Anlaşma Memorandumu imzalanıb. Memoranduma Təhminə Tağı-zadə və NADA Austria-nın icraçı direktoru Mixael Sepiç imza atıblar və agentliklər arasında əməkdaşlıq üçün yeni çərçivə formalaşdırıb.

Anlaşma Memorandumu Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlara uyğun olaraq əməkdaşlıq sahələrini müəyyən edir. Bu sahələrə nəticələrin idarə olunması, antidopinq təhsili və profilaktika, testetmə, tədqiqatlar, eləcə də təhqiqat və araşdırmalar daxildi. Sənəddə ekspertiza və qabaqcıl təcrübələrin mübadiləsi, həmçinin mürəkkəb işlər üzrə məsləhətçi dəstəyin göstərilməsi xüsusi yer tutur.

Nümayəndə heyəti NADA Austria-nın qərargahında bir sıra işgüzar görüşlər də keçirib. Qonaqlara hüquq, təhsil, elm və testetmə sahəsində ətraflı məlumat verilib.

Sonra AMADA nümayəndə heyəti Zaybersdorfda yerləşən, WADA tərəfindən akkreditə olunmuş Dopinq Nəzarəti Laboratoriyasında olub. Laboratoriyanın direktoru, professor Günter Gmayner qlobal antidopinq sistemində laboratoriyanın rolunu izah edib və dopinq nəzarətində tətbiq olunan müasir elmi və analitik metodlar barədə məlumat verib.

AMADA-nın rəhbər heyətinin Avstriya səfəri beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də təcrübə mübadiləsi və əlaqələndirilmiş fəaliyyət vasitəsilə milli antidopinq proqramlarının effektivliyinin artırılması istiqamətində mühüm addımdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC