"Birlik" klubunun parakarateçiləri Azərbaycan çempionu olub

"Birlik" Karate Klubunun 2 parakarateçisi Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə gənclər və böyüklər arasında keçirilən Azərbaycan çempionatının qalibi olub.

Presssport.az xəbər verir ki, K21 kateqoriyasında mübarizə aparan Ercan Aslan bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb.

Qadınlar arasında U-21 yaş kateqoriyasında isə Gülay Orucova (61 kq) yarışı qalib kimi başa vurub.

Hər 2 idmançı Azərbaycan millisinin heyətinə seçilərək, qarşıdan gələn Avropa çempionatında iştirak hüququ əldə edib.

Onu da bildirək ki, Aslanla Orucova Azərbaycan çempionatına məşqçi Sənan Cəfərovun rəhbərliyi altında hazırlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC