Misli Premyer Liqası klubları ötən il nə qədər gəlir əldə edib? - SİYAHI

AFFA Misli Premyer Liqası klublarının 2024-cü ildəki maliyyə gəlirlərini açıqlayıb.

Presssport.az xəbər verir ki, bu barədə klubların lisenziyalaşdırılması üzrə hesabatda informasiya yer alıb.

Ən çox gəlir əldə edən "Qarabağ"dır. Ağdam təmsilçisi ötən il 34 milyon 753 min 800 manat qazanıb. 

"Neftçi" olub 28 milyon 617 min 506 manat əldə edib. "Sabah" isə 26 milyon 953 min 800 manat gəlirlə 3-cü olub.

Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri:

"Qarabağ" - 34 milyon 753 min 800 manat

"Neftçi" - 28 milyon 617 min 506 manat

"Sabah" - 26 milyon 953 min 800 manat

"Zirə" - 10 milyon 968 min 897 manat

"Sumqayıt" - 9 milyon 178 min, 60 manat

"Səbail" - 7 milyon 799 min 500 manat

"Araz-Naxçıvan" - 6 milyon 208 min 100 manat

"Turan Tovuz" - 6 milyon 145 min 200 manat

"Kəpəz" - 3 milyon 711 min 300 manat

"Şamaxı" - 3 milyon 51 min 300 manat

Onu da bildirək ki, klubların gəlirləri reklam və sponsor müqavilələri, UEFA-dan daxilolmalar, Futbolun İnkişafı Fondundan daxilolmalar, Kommersiya və digər əməliyyat gəlirləri və bilet satışından ibarətdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC