Misli Premyer Liqasının 16-cı turunda “İmişli”ylə oyundan əvvəl “Zirə”nin futbolçusu Ruan Renatoya simvolik olaraq “100” yazılmış forma təqdim edilib.
Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, formanı klubun icraçı direktoru Cahangir Məmmədov təqdim edib.
Xatırladaq ki, Renatonun “Zirə”nin heyətində 100-cü oyunu Bizon Azərbaycan kubokunun 1/8 final mərhələsinə baş tutub. 31 yaşlı müdafiəçi 100 matçda 9 qola imza atıb. Ruan Premyer Liqada 80 (8 qol), kubokda 10 (1 qol), avrokuboklarda 10 matça çıxıb. Cənubi amerikalı “Zirə”nin tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçudu. O, "qartallar"da 2023-cü il avqustun 5-də Premyer Liqanın “Qarabağ”la səfər matçında (1:0) debüt edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC