Azərbaycanın güləş hakimi Bəşir İsazadə ən yüksək dərəcə sayılan I-S kateqoriyasına yiyələnib.
Bu barədə Presssport.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.
Bu il U-23 Avropa çempionatında, U-20 dünya çempionatında və İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyan lənkəranlı referi Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldub. Bu dərəcəyə sahib hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanır.
Daha 2 referi isə beynəlxalq kateqoriyalı ədalət təmsilçiləri sırasına qoşulub. Oktyabrın 7-12-də Macarıstanın Tatabanya şəhərində təşkil edilən veteranların dünya çempionatında iş başında olan və imtahandan keçən Samir Hacıyevlə (Astara) Əkbər Məmmədli (Göyçay) UWW-nin qərarı ilə III dərəcəli beynəlxalq hakim statusuna yiyələnib.
Bununla da Azərbaycanın beynəlxalq hakimlərinin sayı 25-ə çatıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC