Misli Premyer Liqası: "Sumqayıt" hamını qabaqladı

Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk hissəsində 95 oyun keçirilib.

Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu matçları 124 min 60 tamaşaçı izləyib. Orta göstərici 1306-yə bərabər olub.

XII turun “Sumqayıt” - “Qarabağ” matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.

Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. X turun “Turan Tovuz” - “Şamaxı” qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.

“Sumqayıt” ev oyunlarındakı orta tamaşaçı sayında 1-ci yerdə qərarlaşıb. “Turan Tovuz”un 2-ci olduğu siyahıda ilk “3-lüy”ü “Neftçi” qapayır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC