II Liqanın ən yaxşı bombardirləri müəyyənləşib.
Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, ölkə çemionatının üçüncü səviyyəli dəstəsi uzun fasilədən sonra 2023-cü ildə bərpa olunub. PFL bayrağı altında həmin vaxtdan keçirilməyə başlayan və 2-ci liqa adlanan yarışda 3-cü mövsümün ilk hissəsi başa çatıb.
Cavid İmamverdiyev yarışın 2-ci liqa adlandığı dövrdə ən çox qol vurub. Üç mövsümü üç fərqli klubda – “Kür-Araz”, “Quba” və “Şəki Siti”də oynayan futbolçu 65 qola imza atıb.
“Şahdağ Qusar” və “Xankəndi”də 57 dəfə fərqlənən Tural Qurbatov siyahıda 2-cidi. Liderlərdən fərqli üç deyil, iki mövsümü 2-ci liqada keçirən Elvin Nəsibov da 50 qol səddini arxada qoyub. “Füzuli”, “Cəbrayıl” və “Şəfa”da oynamış futbolçu 51 dəfə fərqlənib.
Ümumilikdə isə 14 oyunçu 20 və daha çox qol vurub.
Xatırladaq ki, ötən əsrin 90-cı illərində bu turnir II dəstə adlanıb və siyahıda nəzərə alınmayıb.
2-ci liqada 20 və daha çox qol vuranlar
1. Cavid İmamverdiyev - 65
2. Tural Qurbatov - 57
3. Elvin Nəsibov - 51
4. Vidadi Cəfərov - 49
5. Elxan Məmmədov - 36
6. Elariz Xəlilli - 32
7. Famil Camalov - 30
8-9. Valeh Seyidov - 27
Tofiq Nəsibov - 27
10. Amil Yunanov - 26
11. Ramazan Abbasov - 24
12-13. Vüqar Əşrəfli - 23
Röyal Nəcəfov - 23
14. Ülvi Quliyev - 21
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC