Boksçularımız 2025-ci ildə beynəlxalq yarışlarda nə qədər medal qazanıb?

Azərbaycan boksçuları 2025-ci ildə beynəlxalq yarışlarda 231 medal qazanıb.

Presssport.az xəbər verir ki, bu barədə Boks Federasiyası açıqlama yayıb.

Müxtəlif yaş qrupları üzrə Azərbaycan milliləri bu mükafatları qatıldıqları 47 beynəlxalq yarışda əldə ediblər. Onlardan 69-u qızıl, 60-ı gümüş və 102-si bürüncdür. Nəticədə komandalar ötən illə müqayisədə 44 faiz irəliləyişə nail olub.

Boksçular 231 mükafatdan 5-ni dünya, 55-ni Avropa çempionatlarında (hər ikisi "World Boxing" və IBA) əldə edib. İdmançılar Gimnaziadada 21 (9-8-4), Dünya Kubokunda 3 (0-0-3), III MDB Oyunlarında 24 (6-5-13) və VI İslam Həmrəyliyi Oyunlarında 6 (1-3-2) dəfə fəxri kürsüyə qalxıb.

Yığmanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) U-19 Avropa çempionatında qızıl medal qazanmaqla boks tariximizə gənclər arasında qitə birinciliyinin ikiqat qalibi kimi düşüb. Xumar Cəfərli (75 kq) də məktəblilərin Avropa çempionatında birinci olmaqla ilki reallaşdırıb. O, bu yaş qrupunda qızıl medala sahib olan azərbaycanlı qız boksçu kimi adını tarixə yazdırıb.

Abbasəli Məmmədli (48 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (80 kq) məktəblilərin, Əminə Tağı (50 kq), Gülər Hüseynova (48 kq) və Qardaş Rəhimov (46 kq) yeniyetmələrin Avropa çempionatlarında bütün rəqiblərini məğlub edərək Azərbaycan Himnini səsləndirib.

19 yaşlı Sübhan Mamedov (50 kq) U-23-lər arasında Avropa, böyüklər arasında dünya çempionu tituluna yiyələnib. Komandalarımız dünya və Avropa çempionatlarında 2024-cü illə müqayisədə 72 faiz yüksək nəticə göstərib.

Müxtəlif yaş qrupları üzrə milli komandalar 47 yarışda 477 boksçu ilə təmsil olunub. Onlardan 48,4 faizi çıxışını medalla başa vurub.

Onu da bildirək ki, 1 il öncə boksçularımız 35 beynəlxalq yarışda 135 (44-48-68) medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC