Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən üzrə XII Prezident Kuboku başa çatıb.
Presssport.az ARAF-a istinadən xəbər verir ki, finalda “Elit” "Polad"ı 3:2 hesabı ilə məğlub edib.
Üçüncü yer uğrunda görüşdə isə "Sərhədçi" "Embawood"dan üstün olub - 2:1.
Mükafatlandırma mərasimində ilk 3 yeri tutmuş komandalar medal və diplomlarla təltif edilib. "Elit"ə həmçinin Prezident Kuboku təqdim olunub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC