İlham Əliyev: "Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər"

Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər.

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.

"Bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıb. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir", - deyə dövlət başçısı vurğulayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC