Milli Paralimpiya Komitəsi 2025-ci ilə yekun vurdu, 2026-cı il üçün hədəflərini açıqlayıb

2026-cı ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq. Yubiley ilində bir sıra yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırılır.

Presssport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O, gələn il üçün qarşıya qoyulan əsas hədəfləri açıqlayıb: “Milli Paralimpiya Komitəsinin beynəlxalq standartlara cavab verən yeni loqosu təqdim olunacaq. Digər ölkələrin paralimpiya komitələri ilə əməkdaşlıq münasibətləri inkişaf etdiriləcək. Yeni tibbi təsnifat qaydalarına uyğunlaşdırma və əlilliyi olan Vətən müharibəsi iştirakçılarının paralimpiya idman növlərinə cəlb olunması prosesi davam etdiriləcək. Həmçinin karyerasını başa vuran paralimpiyaçıların məşqçi kimi fəaliyyətini davam etdirməsi üçün müvafiq dəstək göstəriləcək. Bunlarla yanaşı, yeni saytımızı istifadəyə verəcəyik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC